Bu qurumda çalışanların pensiya yaşı 65ə qaldırılır
Digərləri 18 Haz 2025 20:15:00 78 0
Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.
Bu haberi de oku: Hər gün bir fincan çay içməyin sağlamlığa 7 faydası
Son.az xəbər verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Qanununa dəyişiklik təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər olub.