Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı


Digərləri 18 Haz 2025 22:58:00 67 0

Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xas xəstəlikləri var ki, zaman-zaman baş qaldırır.

Bu haberi de oku: Bu rayonlarda işıq olmayacaq

Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyət necədir?

Mövzu ilə bağlı Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, havaların istiləşməsi ilə əlaqədar qrip infeksiyasına nadir təsadüf olunur.

"Adətən, yaz-yay aylarında hava-damcı üsulu ilə yoluxan virus infeksiyaları - adenovirus, rinovirus, paraqrip virusu, o cümlədən, enteroviruslara yoluxma hallarına rast gəlinir. Bunların əlamətləri oxşar olduğuna görə bəzən əhali arasında yay qripi kimi tanınır. Xəstələnmə halları qısamüddətli olur və tez sağalır".

Təyyar Eyvazov qeyd edib ki, hazırda mövsümi infeksiyalara yoluxma hallarına rast gəlinsə də, ciddi artımlar müşahidə olunmur.

Məsələ ilə bağlı Trend-ə danışan infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı Vasif Əliyev isə bildirib ki, ümumiyyətlə, mövsümə uyğun olaraq müəyyən xəstəliklər daha çox müşahidə olunur.

"Qış mövsümündə xüsusilə yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri geniş yayılır. Bu da, əsasən, virus infeksiyalarının yaxın təmasda, qapalı məkanlarda insandan insana asanlıqla ötürülməsi ilə bağlıdır. Bu infeksiyalara xüsusilə uşaqlar daha çox yoluxur; uşaq bağçaları, məktəblər kimi kollektiv yerlərdə yayılan infeksiya daha sonra evdə böyüklərə də keçə bilər.