Telefon yaddaşınız dolubsa bunları edin Şəkil və video silmədən...


Digərləri 19 Haz 2025 02:02:00 73 0

Telefon yaddaşınız dolubsa bunları edin   Şəkil və video silmədən...

Telefon yaddaşı dolduqda çoxları ilk olaraq şəkil və videoları silməyi düşünür.

Son.az xəbər verir ki, bəzi sadə üsullarla bu materiallara toxunmadan yaddaşı boşaltmaq mümkündür.

Bulud xidmətlərindən istifadə edin Google Photos, iCloud, OneDrive və digər bulud platformaları şəkil və videoları onlayn yadda saxlayaraq telefonun daxili yaddaşını azad edir. Fayllar internet bağlantısı ilə istənilən vaxt açılıb baxıla bilər.

Keş və artıq verilənləri silin Tətbiqlərin saxladığı müvəqqəti məlumatlar (keş) telefon yaddaşında çox yer tutur. Ayda bir dəfə bu faylları təmizləməklə əhəmiyyətli yer boşaltmaq olar.

İstifadə olunmayan tətbiqləri silin Aylarla açılmayan tətbiqlər arxa planda yer tutur. Onları silməklə həm yaddaş boşalır, həm də cihaz sürətlənir.