Bu rayonlarda işıq olmayacaq
Digərləri 18 Haz 2025 09:04:00 60 0
Bu gün Quba, Qusar və Xaçmazda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu haberi de oku: Azərbaycan qızıla sərmayəni artırdı 4 ayda 2.5 milyard dollarlıq idxal
"Azərişıq"dan Son.az-a verilən məlumata görə, Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən 35/10 kV-luq "Yeni Həyat" yarımstansiyasında bu gün profilaktik təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Qubanın Yeni Güləzi, Qusarın Atlıxan, Avaranqışlaq, Cağarpalasa, Çubuqlu, Kuzunqışlaq, Quxuroba, Ləgərqışlaq, Minaxür, Susayqışlaq, Zindanmuruqqışlaq, Xaçmaz rayonunun Həbibkənd kəndi və Yeni Həyat qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bildirilir ki, təmir işləri başa çatdıqdan sonra sözügedən kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.