"28 May" stansiyasında BƏDBƏXT HADİSƏ Tələbə qatar yoluna düşdü
Digərləri 18 Haz 2025 09:42:00 93 0
Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
Bu haberi de oku: İran sərhədini keçən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
Son.az modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.
Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.
Məlumatı sayta açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.
O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.
"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.