Avtomobil almağa tələsməyin: Məlumat bazası yaradılır
Digərləri 18 Haz 2025 11:48:00 62 0
Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması planlaşdırılır. Yeni sistem maşının texniki vəziyyətindən tutmuş qəzalar və sığorta tariçəsinədək bütün məlumatları əhatə edəcək.
Bu haberi de oku: Baş prokuror Ləmbəranskini işdən çıxardı
Bəs bu bazanın nə kimi üstünlükləri var?
Son.az xəbər verir ki, məsələ ilə bağlı sığorta eksperti Emil Ağabağırov bildirib ki, bu baza həm sığorta, həm sürücülər, həm də nəzarət orqanları üçün vacib alət olacaq:
"Bu Vinkod sisteminin, yəni avtomobil bazasının yaradılmasının bir çox üstünlükləri olacaq. Hal-hazırda bununla bağlı beynəlxalq təcrübə proqramı araşdırılır, xüsusilə həm sürücülər üçün, həm də vətəndaşlar üçün bu bazanın yaradılması çox mühim portaldır. Vətəndaşlar artıq portala daxil olmaqla avtomobillə bağlı bütün məlumatları əldə edə biləcəklər. Hazırda dünya praktikası öyrənilir. Məlumat bazası həm fərdi alıcıları, həm də hüquqi tərəfləri qorumağa yönəlib".
Sığorta ekspertləri bazanın maliyyə risk və təhlili baxımından, nəqliyyat ekspertləri isə təhlükəsizlik və nəzarət mexanizmi baxımından faydalı olduğunu qeyd eləyirlər.