Kamran Əliyevdən yeni təyinatlar
Digərləri 18 Haz 2025 16:25:00 75 0
Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon prokuroru Emil Abdullayev ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.
Bu haberi de oku: "Əlimyandı" adı ilə satışa çıxarılan problemli maşınlar Uzaq durun
2005-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Emil Abdullayev əvvəllər Sədərək rayon prokurorluğunda müstəntiq, Naxçıvan Muxtar Respublikasının İstintaq şöbəsinin prokuror-kriminalisti və Naxçıvan Muxtar Respublikası prokurorunun beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifələrində işləyib.
Baş Prokurorun digər müvafiq əmrilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayon prokuroru vəzifəsini icra edən Ramiz Novruzov həmin vəzifəyə təyin edilib.