Rusiyanın dövlət televiziyasında ərazi bütövlüyümüzə qarşı növbəti hörmətsizlik


Digərləri 18 Haz 2025 11:18:00 69 0

Rusiyanın dövlət televiziyasında ərazi bütövlüyümüzə qarşı növbəti hörmətsizlik

Rusiyanın dövlət televiziya kanalı "Rossiya 1"-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

Son.az APA-ya istinadla xəbər verir ki, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlərlə dolu emosional nitq söyləyib və nitqində bir neçə dəfə mövcud olmamış qondarma "Artsax"ın adını çəkib, ermənilərə Ermənistanın da taleyinin "Artsax" kimi olacağını deyib.

Rusiya "propaqandaçısı" Solovyov güya ermənilərin İrəvandan min illər əvvəl Qarabağda yaşadıqlarını iddia edib.