Sexdə bədbəxt hadisə Maşın hərəkətə gəldi, ustanı öldürdü
Digərləri 18 Haz 2025 11:00:00 80 0
Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Bu haberi de oku: Rusiyalı iş adamı İrəvanda saxlanıldı
Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış "Mercedes" markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb.
Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib.
Kaynak: milli.az