Rusiyalı iş adamı İrəvanda saxlanıldı


Digərləri 17 Haz 2025 20:36:00 75 0

Rusiyalı iş adamı İrəvanda saxlanıldı

Rusiyalı iş adamı və xeyriyyəçi Samvel Karapetyan İrəvanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Son.az xəbər verir ki, bu barədə "armLur.am"ın yaydığı məlumatda bildirilir.

Hazırda Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Karapetyanın yaşadığı ünvanda əməliyyat tədbirləri həyata keçirir.

Ermənistan Milli Assambleyasının deputatı Artur Hovannisyan parlamentdə çıxışı zamanı "Samvel Karapetyan, biz sizin məsələ ilə məşğul olacağıq" deyib. Bu açıqlamadan dərhal sonra hüquq-mühafizə əməkdaşları Karapetyanın İrəvanın Ulnetsi küçəsindəki mənzilinə daxil olaraq onu saxlayıblar.

İş adamının saxlanmasına səbəb kimi onun kilsənin müdafiəsinə dair verdiyi açıqlamalar göstərilir. Hazırda məsələ ilə bağlı rəsmi strukturlar tərəfindən əlavə məlumat verilməyib.