Oturaq işlər kişiləri sonsuzlaşdırır


Digərləri 17 Haz 2025 23:24:00 82 0

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət oturmaq kişilərdə ciddi sağlamlıq problemləri yarada bilər

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər.

Son.az xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusilə çanaq nahiyəsində durğunluğa səbəb olur. Bu isə prostat vəzinin iltihabına - prostatitə yol aça və ya mövcud problemləri daha da ağırlaşdıra bilər.

Mütəxəssislər bildirir ki, oturaq vəziyyətdə uzun müddət qalmaq testislərin istiliyini artırır. Bu da sperma istehsalını və keyfiyyətini aşağı salır, nəticədə kişi məhsuldarlığına mənfi təsir göstərir.

Bundan əlavə, hərəkətsizlik piylənmə, ürək-damar xəstəlikləri, bel və onurğa problemləri, o cümlədən bel yırtığı riskini artırır. Maddələr mübadiləsinin zəifləməsi testosteron səviyyəsinin enməsi ilə nəticələnə bilər ki, bu da ümumi kişi sağlamlığına zərər verir.


Habere ait fotoğraflar