Qəhvə bu formada içiləndə ömrü uzadır
Digərləri 17 Haz 2025 20:24:00 90 0
ABŞ-də aparılan genişmiqyaslı araşdırma sübut edib ki, qəhvə düzgün şəkildə içildikdə insan ömrünü uzada bilər.
Bu haberi de oku: Qarsda TürkiyəAzərbaycan Regional İqtisadi Forumu keçirilib FOTO
Son.az xəbər verir ki, Tufs Universitetinin alimləri 46 mindən çox amerikalının həyat tərzini və qəhvə istehlakını təhlil edərək belə nəticəyə gəliblər: gündə 2-3 fincan az şəkərli qəhvə içənlərin vaxtsız ölüm riski 17 faizədək azalır.
Araşdırmada iştirak edənlərin təxminən 11 illik həyat göstəriciləri öyrənilib. Bu müddətdə 7 minə yaxın ölüm halı qeydə alınıb. Məlum olub ki, şəkərsiz və krem əlavə olunmayan qəhvə içənlər daha uzun ömür sürür. Əksinə, içkiyə çoxlu şəkər və doymuş yağ (krem, şirin siroplar və s.) qatılan hallarda qəhvənin sağlamlığa təsiri tamamilə yoxa çıxır.
Alimlər onu da vurğulayıblar ki, əsas fayda yalnız kofeinli qəhvədə müşahidə olunub. Kofeinsiz qəhvənin bu baxımdan heç bir təsiri aşkarlanmayıb.
Qara qəhvə antioksidant və iltihabəleyhinə təsirlərə malik maddələr - xlorogen turşusu və polifenollarla zəngindir. Bunlar orqanizmdə maddələr mübadiləsini sürətləndirə, insulinin işləmə qabiliyyətini artıra bilər.