Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq
Digərləri 17 Haz 2025 23:00:00 65 0
Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakını azaltmaq məsləhət görülür. Lakin Kanadada aparılan yeni araşdırma bu yanaşmanın təkbaşına kifayət etmədiyini ortaya çıxarıb.
Bu haberi de oku: Hacı Şahinin oğlu nişanlandı FOTO
Son.az xəbər verir ki, Vaterloo Universitetindən professor Anita Laytonun rəhbərlik etdiyi tədqiqat nəticəsində məlum olub: kaliumla zəngin qidaların qəbulu qan təzyiqinə duzun azaldılmasından daha effektiv təsir göstərə bilər.
Böyük Britaniyanın "The Mirror" nəşrində yayımlanan xəbərdə qeyd olunur ki, banan, brokoli, kartof, avokado və ispanaq kimi məhsulların gündəlik rasiona daxil edilməsi qan təzyiqini sabit saxlamaqda mühüm rol oynayır. Bu məhsullar orqanizmdə artıq natriumun atılmasına və təzyiqin aşağı düşməsinə səbəb olur.
Tədqiqatçılar bildirir ki, yüksək təzyiqlə mübarizədə kalium və natrium arasında tarazlıq əsas faktorlardan biridir. Əksinə, işlənmiş qidalar, fast-food məhsulları, pizza və çörək isə yüksək miqdarda natrium tərkibli olduğundan təzyiqi artırır.