Bakının bu ərazilərində su yoxdur Qəza niyə baş verib? AÇIQLAMA


Digərləri 17 Haz 2025 15:12:46 87 0

Bakının bu ərazilərində su yoxdur  Qəza niyə baş verib?  AÇIQLAMA

Dünən axşamdan etibarən Bakıda və Abşeroan rayonunun bir sıra ərazilərində su çatışmazlığı yaşanır.

Son.az xəbər verir ki, paytaxtın Nəsimi, Səbail, Yasamal, Nərimanov, Binəqədi rayonlarında, Abşeron rayonunda, xüsusən Xırdalan şəhərində suyun verilməsi qrafiklə həyata keçirilir. Bu da öz növbəsində sakinlər üçün ciddi problemlər yaradır. Havaların isti olması və sakinlərin əlavə su çənlərinin olmaması da vəziyyəti daha da çətinləşdirir.

Bəs Oğuz-Qəbələ-Bakı su kəmərində niyə qəza baş verib?

Hidrovlik gərginliklər və mexaniki təsirlər səbəbindən boru zədələnə bilir. Qəza müddətinin uzanmasının əsas səbəbi isə borudakı suyun boşaldılması və yenidən doldurulmasıdır. Məhz bu prosesə görə qəzanın aradan qaldırılması bir neçə gün çəkir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözçüsü Ceyhun Musaoğlu Son.az-a açıqlamasında bildirib ki, qəza müxtəlif səbəblərdən baş verə bilər.