Çin avtomobili ilk dəfə Yaponiyada


Digərləri 08 Haz 2025 18:18:00 193 0

Çin avtomobili ilk dəfə Yaponiyada

Çin nəhəngi BYD ilk dəfə olaraq Yaponiyaya öz məhsullarını tədarük edən ilk 10 xarici avtomobil istehsalçısı sırasına daxil olub.

Bu haberi de oku: Daha bir imtahan olacaq

Son.az oxu.az-a istinadən xəbər verir ki, may ayında gündoğar ölkədə 416 yeni BYD elektromobili qeydə alınıb.

Eyni zamanda, satışın yarıdan çoxu tək model tərəfindən təmin edilib. "BYD Auto Japan" bəyan edib ki, "Sealion 7" modelinə tələbat istehsalçının gözləntilərini üstələyib və yaponların bütövlükdə brendə marağını artırıb.

Yaponiya Avtomobil İdxalçıları Assosiasiyasının hesabatına görə, may ayında xarici avtomobillər arasında Yaponiya bazarının liderləri "Mercedes-Benz" (4 089 ədəd), BMW (2 619 ədəd), "Volkswagen" (2 462 ədəd), "Audi" (2 088 ədəd) və MINI (1 532 ədəd) olub.