Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıldı


Digərləri 24 Tem 2025 17:27:00 81 0

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

İyul ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq İslam Respublikası vətəndaşı - Savfan Məhəmməd Əsəd saxlanılmışdır.