Tələbə təqaüdləri nə qədər artıb? RƏQƏMLƏR


Digərləri 24 Tem 2025 17:44:00 104 0

Tələbə təqaüdləri nə qədər artıb?  RƏQƏMLƏR

Prezident İlham Əliyev tələbə təqaüdlərinin artırılması barədə fərman və sərəncam imzalayıb.

Fərman və sərəncamlara əsasən, bütün tələbə təqaüdləri artırılacaq.

Artımlar sentyabrın 1-dən tətbiq ediləcək.

Son.az xəbər verir ki, ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 350 manat olub. 

Qeyd edək ki, bu məbləğ daha əvvəl 275 manat olub. Prezidentin fərmanı ilə təqaüdün məbləği 75 manat artırılıb.