Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olundu


Digərləri 24 Tem 2025 18:49:00 94 0

Ağdamda növbəti güclü yanğın: helikopter cəlb olundu

Ağdamda baş verən güclü yanğın hadisəsinə əlavə kömək cəlb edilib

Son.az Trend-ə istinadən xəbər verir ki, rayonun Gülablı kəndində baş verən yanğın genişlənərək ətraf ərazilərə yayılıb.

Bu səbəbdən də əraziyə kömək üçün FHN-nin Ağcabədi, Yevlax şəhərlərindən əlavə yanğınsöndürən maşınları və işçi qüvvələri cəlb edilib.

Hazırda Yevlax rayon yanğınsöndürən briqadası yanğın baş verən əraziyə çatıb.

Digər Ağcabədi rayon yanğınsöndürən əməkdaşları hadisə yerinə çıxış edib. Hazırda ərazidə 1 helikopter, 4 yanğınsöndürən avtomobili və işçi qüvvələri yanğınsöndürmə əməliyyatını davam etdirir. Son.az