Həmin oteldəki yanğına görə AĞIR CƏZA
Digərləri 31 May 2025 11:06:00 88 0
Türkiyədə məhkəmə yanvar ayında Kartalkaya dağ-xizək kurortunda baş vermiş yanğınla əlaqədar irəli sürülmüş ittiham aktını təsdiqləyib. İş üzrə ümumilikdə 32 nəfər təqsirləndirilir.
Bu haberi de oku: İyunun 2də qaz kəsiləcək Bu ərazilərdə
Son.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata əsasən, 13 nəfər 1998 ilədək, digər 19 nəfər isə 22 il 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, yanvarın 21-də "Grand Kartal" hotelində baş vermiş yanğın nəticəsində 78 nəfər həyatını itirib. Ölənlər arasında çox sayda uşaq olub. Hadisə zamanı 50-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Yanğın baş verən an hoteldə ümumilikdə 238 qonaq qalırdı.
Kaynak: milli.az