Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyindi FOTO
Dünya 29 May 2025 13:27:00 101 0
Zelenski uzun müddət sonra ilk dəfə kostyum geyinib.
Bu haberi de oku: Bayden müalicəyə başladı
Son.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Merslə Berlində görüşüb. Görüşdə Ukrayna-Rusiya müharibəsində son vəziyyət və Almaniyanın hərbi dəstəyi müzakirə olunub.
Zelenskinin bu görüşdəki geyimi diqqət çəkib. ABŞ Prezidenti Donald Trampla da daxil olmaqla indiyədək heç bir rəsmi görüşə klassik kostyumla qatılmayan Zelenski bu dəfə ilk dəfə olaraq qara köynək və qara pencək geyinib. Lakin ayaqqabı olaraq yenə idman ayaqqabısına üstünlük verib.
Müşahidəçilər bu jesti "qarşılıqlı hörmət" əlaməti kimi qiymətləndiriblər. Bəzi iddialara görə, kansler Mersin Ukrayna üçün raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyəti aradan qaldırması bu dəyişikliyə səbəb olub.