Bayden müalicəyə başladı
Dünya 31 May 2025 13:40:00 79 0
ABŞ-nin keçmiş Prezidenti Co Baydenə bir müddət əvvəl qoyulan prostat xərçəngi diaqnozunun ardından o, artıq müalicə prosesinə başlayıb.
Bu haberi de oku: "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
Son.az "The Washington Post"a istinadən xəbər verir ki, Bayden bu barədə Delaver ştatında keçirilən tədbir zamanı məlumat verib.
Baydenin sözlərinə görə, o hazırda müalicə planı çərçivəsində bir cərrahla sıx əməkdaşlıq edir: "Proqnozlar müsbətdir, hər şey üzərində çalışırıq. Müalicə prosesimiz uğurla davam edir və özümü yaxşı hiss edirəm. Ətrafımdakı hər kəs də nikbin ruhdadır", - deyə o bildirib.
82 yaşlı siyasətçi qeyd edib ki, ilkin mərhələdə altı həftə ərzində konkret bir dərman qəbul edəcək, daha sonra isə yeni bir müalicə protokoluna keçid planlaşdırılır.