İŞİDin yüksək rütbəli üzvü Türkiyə və Pakistanın birgə əməliyyatı ilə saxlanıldı


Dünya 01 Haz 2025 17:21:00 102 0

İŞİDin yüksək rütbəli üzvü Türkiyə və Pakistanın birgə əməliyyatı ilə saxlanıldı

Pakistan və Əfqanıstan sərhədində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının rəhbərlərindən biri ələ keçirilib.

Son.az-ın məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər yayıb.

Mənbəyə əsasən, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Pakistan kəşfiyyat xidmətlərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən əməliyyat zamanı "narıncı kateqoriya" üzrə axtarışda olan İŞİD liderlərindən biri - Özgür Altun yaxalanıb.

Məlumatda bildirilir ki, MİT-in araşdırmaları nəticəsində İŞİD-in Türkiyəyə qarşı planlaşdırdığı fəaliyyətlər ifşa olunub. Əməliyyat zamanı terrorçuların cəlb olunma prosesi üzə çıxarılıb, təşkilata aid olan rəqəmsal materiallar və əməliyyat planları ələ keçirilib.