Ukraynadan Rusiyaya ağır zərbə: Onlarla hərbi təyyarə məhv edilib
Dünya 01 Haz 2025 17:28:00 106 0
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiya Hərbi-Hava Qüvvələrinə qarşı irimiqyaslı hücum həyata keçirib. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) "Pauçina" (hörümçək toru) adlı xüsusi əməliyyatı çərçivəsində Rusiyanın bir neçə strateji hərbi aerodromu hədəf alınıb.
Bu haberi de oku: Azərbaycanlı deputat qalmaqallı çıxışdan sonra ölkədən qaçdı
Son.az Ukrayna mediasına istinadən xəbər verir ki, zərbələr nəticəsində 40-dan çox hərbi təyyarə, o cümlədən strateji bombardmançı Tu-95, Tu-22M3 və A-50 erkən xəbərdarlıq təyyarələri sıradan çıxarılıb.
Əməliyyat çərçivəsində Murmansk vilayətindəki "Olenya", İrkutskdakı "Belaya", eləcə də "Dyaqilevo" və "İvanovo" aerodromları hədəf alınıb. Ukrayna mənbələrinin verdiyi məlumata görə, hazırda adıçəkilən bazalarda çoxsaylı təyyarələr yanır.
İtkilərin ilkin hesablamalarına görə, Rusiyanın hərbi aviasiyasına dəymiş maddi zərər 2 milyard dollardan çox ola bilər.