PSJnin qələbəsindən sonra Parisdə iğtişaşlar başladı Polis güc tətbiq edir
Dünya 01 Haz 2025 11:15:00 74 0
Fransa çempionatında PSJ-nin dünənki qələbəsindən sonra Paris küçələrində iğtişaşlar başlayıb.
Bu haberi de oku: Həccə gedən 75 min nəfər geri qaytarıldı
Son.az xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, azarkeşlərin böyük qələbə sevincinin nəzarətdən çıxması nəticəsində şəhərin bir neçə yerində asayiş pozuntuları qeydə alınıb.
Bəzi qruplar ictimai nəqliyyata və ticarət obyektlərinə ziyan vurub, küçələrdə yanğınlar törədilib.
Polis vəziyyətə müdaxilə edərək iğtişaşları nəzarət altına almağa çalışıb. Hüquq-mühafizə orqanları kütlənin dağıdılması üçün gözyaşardıcı qaz və digər xüsusi vasitələrdən istifadə edib.
Hazırda Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə bağlı saxlanılan şəxslərin olduğu bildirilir. Yaralananlar barədə də məlumatlar var, lakin onların sayı və vəziyyəti hələlik dəqiqləşdirilməyib.
Kənan Son.az