Metroda həyəcanlı anlar Gənc qadın qatarın qapısında sıxılıb qaldı


Dünya 02 Haz 2025 09:54:00 115 0

Metroda həyəcanlı anlar  Gənc qadın qatarın qapısında sıxılıb qaldı

Çinin mərkəzi Hubei əyalətində maraqlı və təhlükəli hadisə baş verib. Yüksək sürətli qatardan səhvən enməyə çalışan bir qadın qatarın qapısında sıxılıb qalıb.

Son.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə qadının yanlış qatara mindiyini anlayaraq tələsik düşmək istədiyi anda baş verib.

Qapılar bağlanmağa başlayanda o, tam çıxa bilməyib və yarı bədənilə içəridə, yarı çöldə qalaraq qapıda sıxılıb.

Hadisə yerinə dərhal qatar heyəti və təhlükəsizlik işçiləri cəlb olunub. Qadın xəsarət almadan qapıdan çıxarılıb.