İtmiş üzüyü tapılan turist sevincdən ağladı!
Dünya 02 Haz 2025 11:30:00 113 0
Çinin cənubundakı Hainan əyalətində emosional anlar yaşanıb. Yerli sakinlərin köməyi ilə çimərlikdə itirdiyi üzüyü tapan turist sevinc göz yaşlarını saxlaya bilməyib.
Bu haberi de oku: Məşhur iş adamını şir parçaladı FOTO
Son.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə məşhur sahil bölgələrindən birində baş verib.
Məlumata görə, turist çimərlikdə istirahət zamanı onun üçün böyük mənəvi dəyəri olan üzüyünü itirib. Axtarışlar nəticəsiz qaldıqdan sonra yerli sakinlər ona yardım təklif ediblər.
Sakinlərin birlikdə apardığı axtarışlardan sonra üzük tapılıb və sahibinə qaytarılıb. Üzüyünü geri alan turist duyğusal anlar yaşayıb və təşəkkür edərkən göz yaşlarına hakim ola bilməyib.
Hadisə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi yerli sakinlərin fədakarlığını və insanlıq nümunəsini təqdir edib.
Kənan Son.az