Səmada DƏHŞƏTLİ ANLAR Sərnişin təyyarəsinin mühərrik qapağı qopdu
Dünya 02 Haz 2025 10:06:00 97 0
Tayvanda daxili reys zamanı təyyarənin mühərrikini örtən panel havada qoparaq təcili enişə səbəb olub.
Bu haberi de oku: Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirildi
Son.az yerli mətbauta istinadən xəbər verir ki, hadisə Kaohsiung şəhərindən Kinmen istiqamətində hərəkət edən sərnişin təyyarəsinin uçuşu zamanı baş verib.
Məlumata görə, mühərrik qapağı (panel) havada boşalaraq ayrılıb və ekipaj dərhal Kaohsiung hava limanına geri dönməyə qərar verib.
Təyyarə təhlükəsiz şəkildə eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb. Aviaşirkət hadisə ilə bağlı araşdırmalara başladığını açıqlayıb.
Hazırda panelin qopmasına səbəb olan texniki nasazlıq müəyyənləşdirilir.
Kənan Son.az