Tailandda pələng turistə hücum etdi


Dünya 01 Haz 2025 10:44:00 88 0

Tailandda pələng turistə hücum etdi

Tailandın Phuket adasında yerləşən "Tiger Kingdom" zooparkında pələng, onunla şəkil çəkdirmək istəyən hindistanlı turisti yaralayıb.

Son.az-ın "SHOT" Telegram kanalına istinadla yaydığı məlumata görə, zooparkda ziyarətçilərə heyvanlarla yaxın təmasda olmaq və onları sığallamaq imkanı verilir.

Hadisə zamanı pələng turistə hücum edib, lakin o, yüngül xəsarətlərlə xilas olub.