ABŞdə atışma: iki nəfər ölüb, bir zabit yaralanıb
Dünya 01 Haz 2025 15:14:00 75 0
ABŞ-nin Kaliforniya ştatının Bolduin-Park şəhərində baş verən silahlı insident nəticəsində iki nəfər həlak olub, bir nəfər yaralanıb.
Bu haberi de oku: "Etna" vulkanı püskürdü Qırmızı siqnal verildi VİDEO
Son.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Los-Anceles dairəsinin Şerif Departamenti yayıb.
Hadisə zamanı silahlı şəxs tüfənglə insanlara atəş açıb. Nəticədə biri polis əməkdaşı olmaqla iki nəfər dünyasını dəyişib, daha bir zabit isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Los-Anceles dairəsinin şerifi Robert Luna bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb. Onun şəxsiyyəti hələlik ictimaiyyətə açıqlanmayıb.
Kaynak: milli.az