Məşhur marmeladlarda narkotik AŞKARLANDI Uşaqlar
Dünya 30 May 2025 09:54:00 91 0
"Haribo" şirkəti Hollandiyada satışda olan bəzi marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.
Bu haberi de oku: Ərdoğan, Tramp, Putin və Zelenski görüşə bilər
Son.az xəbər verir ki, Qida və İstehlak Məhsullarının Təhlükəsizliyi İdarəsinin (NVWA) məlumatına görə, 1 kiloqramlıq üç paketdən yemiş bir neçə nəfər, o cümlədən uşaqlar, başgicəllənmə və narahatlıq hissi kimi sağlamlıq şikayətləri ilə üzləşib.
Rəsmi açıqlamaya əsasən, maddənin konfetə necə düşdüyü hələlik məlum deyil. Məsələ ilə bağlı polis araşdırma aparır. Hollandiya polisi şərqdəki Tvente bölgəsində yaşayan bir cütlüyün şikayətindən sonra həmin məhsulu məhkəmə-tibbi ekspertizaya göndərib və nəticədə konfetdə kannabis izləri aşkar olunub.