Rusiyalı turist Taylandda DƏHŞƏT SAÇDI


Dünya 31 May 2025 13:10:00 83 0

Rusiyalı turist Taylandda DƏHŞƏT SAÇDI

Sosial şəbəkələrdə yayılan video diqqət çəkib.

Son.az xəbər verir ki, istirahət üçün Taylanda üz tutan rusiyalı ailə polislərin baş bəlasına çevrilib.

Belə ki, qədərindən artıq içki içərək, özünü idarə edə bilməyən ər alt paltarında küçəyə çıxıb və ətrafdakı insanlara narahatlıq verib.

Onu ərazidən uzaqlaşdırmaq üçün gələn otelin mühafizə xidməti və polis əməkdaşları çıxılmaz vəziyyətə düşüblər. Onlar heç cür "rus ayısı"na güc gələ bilməyiblər.

Onun azyaşlı uşaqlarının qorxu dolu anları və polislərin çarəsizliyi geniş müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

Musa Son.az