1.93 manata satılan qala ilə bağlı maraqlı faktlar


Dünya 29 May 2025 20:41:00 109 0

1.93 manata satılan qala ilə bağlı maraqlı faktlar

Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası şəhər rəhbərliyi tərəfindən rəmzi qiymətə 1 avroya (təxminən 2 manat) alınaraq turizm və mədəniyyət mərkəzinə çevriləcək.

Son.az xəbər verir ki, qala 18-ci əsrdə Rusiya-İsveç müharibəsi dövründə müdafiə məqsədilə tikilib. Müharibədən sonra hərbi əhəmiyyətini itirən istehkam sonradan qaçqın düşərgəsi, xəstəxana və təlim sahəsi kimi istifadə olunub. Sonuncu dəfə 2005-ci ildə istifadə edilib və illərlə baxımsız qalıb.

Yeni plana əsasən, ərazidə muzey, sərgi və tədbir sahələri yaradılacaq və qala yaxın illərdə ictimaiyyətə açılacaq.