ABŞda erməni cinayətkar şəbəkəsi ifşa edildi 30 milyon dollarlıq fırıldaq
Dünya 30 May 2025 14:43:00 115 0
"Fox News" telekanalı Los-Ancelesdə fəaliyyət göstərən erməni cinayətkar dəstənin ifşasına dair eksklüziv görüntülər yayımlayıb.
Bu haberi de oku: "Qiyamət günü radiostansiyası"ndan iki sirli mesaj
Son.az xəbər verir ki, ABŞ hökumətinin COVID-19 pandemiyası dövründə aztəminatlı şəxslər və kiçik bizneslər üçün ayırdığı milyonlarla dolları mənimsəməyə cəhd edən 14 nəfərlik dəstə barəsində araşdırma aparılır.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) yaydığı məlumatda qeyd olunur ki, saxlanılan şəxslərdən biri - "Uilyam Makqreyan" təxəllüsü ilə tanınan şəxs Los-Ancelesdəki evində həbs edilib. O, transmilli cinayətkar şəbəkənin əsas təşkilatçısı hesab olunur.
İstintaq zamanı məlum olub ki, dəstə üzvləri saxta sənədlər əsasında fiktiv şirkətlər yaradaraq dövlətin ayırdığı vəsaitləri mənimsəyiblər. Pulun bir hissəsi lüks əmlak və əşyaların alınmasına yönəldilib, qalan hissəsi isə Ermənistana köçürülüb, bu da vəsaitin izlənməsini çətinləşdirib.