Putin yardım qarşılığında Kim Çenə
Dünya 30 May 2025 09:43:00 72 0
Şimali Koreya Ukraynaya qarşı müharibəyə kömək etmək üçün Rusiyaya minlərlə hərbçi göndərib. Bu cür dəstəyin müqabilində Moskva Pxenyana müasir hava hücumundan müdafiə sistemi yollayıb.
Bu haberi de oku: İlon Mask narkotikə qurşanıb
Son.az xəbər verir ki, məlumata görə, ötən ilin sonunda KXDR Rusiyadan ən azı bir "Pantsir" zenit-raket kompleksi alıb. BMT-yə üzv 11 dövlət tərəfindən yaradılan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun (MSMT) hesabatında deyildiyi kimi, ruslar koreyalılara elektron müharibə sistemləri göndərib, o cümlədən digər növ hərbi dəstək də göstəriblər.
Bildirilir ki, bu kimi addımlar ötən il iki ölkə liderlərinin strateji əməkdaşlıq sazişi imzalamasından sonra Moskva və Pxenyan arasında hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Üstəlik, ruslar koreyalılara raketlərin xüsusiyyətlərini yaxşılaşdırmaqda da yardım ediblər. /"Teleqraf"