Ermənistan tərəfi dezinformasiya yayır MN
Digərləri 29 May 2025 11:42:00 105 0
Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
Bu haberi de oku: Lift niyə teztez xarab olur? Qurumdan AÇIQLAMA
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır", MN-dən bildirilib.
Kaynak: milli.az