Xərçəng təhsilinə əngəl olmadı İmtahanda yüksək nəticə göstərdi
Digərləri 30 May 2025 23:14:00 94 0
Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Bu haberi de oku: Pensiya ilə bağlı vacib AÇIQLAMA
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, uğurlu nəticə əldə edənlərdən biri də Rəcəbli Sadiqdir.
Sadiq Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub.
Nəticədə o, bu gün elan edilən nəticələrə görə mümkün 300 baldan 254 bal toplayıb.
Qeyd edək ki, iki il öncə Sadiqin müəllimi Kamran Şeyxzamanlının təşəbbüsü ilə şagirdin müalicəsi üçün yardım kampaniyası başladılmış, yığılan 5 min manatdan çox məbləğ ailəsinə təqdim olunmuşdu. Son.az