Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
Digərləri 30 May 2025 20:26:00 109 0
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə AYNA tərəfindən yeni, müasir və standartlara uyğun dayanacaq pavilyonları quraşdırılaraq sərnişinlərin istifadəsinə verilir.
Bu haberi de oku: Sabah yağış yağacaq, dolu düşəcək PROQNOZ
2025-ci ilin əvvəlindən bu günə kimi agentlik tərəfindən daha 15 dayanacaq pavilyonunun quraşdırılması üçün müraciət təsdiq edilib.
Bu barədə Son.az-a AYNA-dan məlumat verilib.
Məlumata əsasən, dayanacaqların Babək prospekti (328 №li məktəb), Əjdər Məlikov küçəsi (iki ünvanda), 8 Noyabr prospekti (Nizami parkı), Elşən Süleymanov küçəsi 155-də, Abbas Mirzə Şərifzadə küçəsi ("Azərbaycan Nəşriyyatı"), Bəşir Bünyadov küçəsi (iki ünvanda), Süleyman Vəzirov küçəsi (Bakı Avropa Liseyi), Azadlıq prospekti ("28 Mall"), Səttar Bəhlulzadə, Afiyəddin Cəlilov və Əbdürrəhim bəy Haqverdiyev küçələrində, Lökbatan-Puta və Qala-Şüvəlan yollarında quraşdırılması nəzərdə tutulub.