"Allah haqqı, itin zülmünü çəkirik"
Digərləri 30 May 2025 23:08:00 95 0
Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsində yaşayan sakinlər uzun illərdir davam edən içməli su problemi ilə üzləşiblər.
Bu haberi de oku: Bu universitet müəllim axtarır 6 min manat MAAŞ VERƏCƏK
Son.az xəbər verir ki, yerli əhali aidiyyəti qurumlardan kömək gözlədiklərini, lakin məsələnin hələ də köklü şəkildə həll olunmadığını bildirir.
Sakinlərdən biri vəziyyətin nə qədər ağır olduğunu belə ifadə edib:
"Suyumuz yoxdur, quru səhrada su deyib mələyirik. Məcbur qalıb bataqlıqdan su götürürük. Allah haqqı, itin zülmünü çəkirik".
Onların sözlərinə görə, suyun olmaması təkcə gündəlik məişət işlərini deyil, həm də sağlamlıqlarını ciddi şəkildə təhlükə altına atır. Xüsusilə yay aylarında vəziyyət daha da dözülməz hal alır.
Məsələ ilə bağlı Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi açıqlama verib. Qurumdan bildirilib ki, Əhmədağa Muğanlı küçəsi rayonun sonradan salınmış yaşayış sahələrindən biridir. Su-kanalizasiya sistemi layihələndirilərkən bu ərazidə yaşayış nəzərdə tutulmadığından, adıçəkilən küçə həmin layihəyə daxil edilməyib.