Məşhur uşaq bağçasında araşdırma başladıldı uşaqlara qarşı ŞİDDƏT
Digərləri 29 May 2025 10:06:00 82 0
Lənkəranda yerləşən "Kaspi Kids" uşaq bağçasında uşaqlara göstərilən şiddətlə bağlı sosial şəbəkədə videolar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun Son.az-a verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.
"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur", - məlumatda deyilir.
Kaynak: milli.az