Göygöldə qadın müəllimlər avtobusda saçyolduya çıxdılar


Digərləri 29 May 2025 10:31:00 83 0

Göygöldə qadın müəllimlər avtobusda saçyolduya çıxdılar

Göygöl rayonunda qadın müəllimlər dalaşıblar.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib.

Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilir. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşır və onu işdən çıxmasına Tacirənin səbəb olduğunu deyir. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilir və onlar saçyolduya çıxırlar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyür.

Sürücü hadisəyə müdaxilə edərək onları ayırsa da, müəllimlər küçədə yenidən davaya başlayırlar. Hadisə nəticəsində Tacirə müxtəlif bədən xəsarətləri alır.