Avtomobilləri isti mövsümə necə hazırlamalı? Ekspertlərdən tövsiyə
Digərləri 28 May 2025 16:26:00 119 0
Yay mövsümünün yaxınlaşması ilə avtomobil sahiblərinə mühüm tövsiyələr verilir. Mütəxəssislər isti hava şəraitində avtomobillərin düzgün istismar olunmamasının texniki problemlərə və qəfil nasazlıqlara səbəb ola biləcəyini bildirirlər.
Bu haberi de oku: “TikTok”da qadınları şantaj edən şəxs saxlanıldı
Son.az xəbər verir ki, avtoekspertlərin fikrincə, ilk növbədə avtomobilin soyutma sistemi, mühərrik yağı, təkərlərin vəziyyəti, kondisioner sistemi və akumulyator diqqətlə yoxlanılmalıdır.
Yayda avtomobilin mühərriki daha çox isinməyə meylli olduğundan radiatorun və soyuducu mayenin səviyyəsi yoxlanmalı, ehtiyac varsa dəyişdirilməlidir.
"Ən çox rast gəlinən problemlərdən biri də kondisioner sisteminin zəif işləməsidir. Bu həm sürücünün komfortuna, həm də texniki təhlükəsizliyə təsir edir. Buna görə də yay mövsümündən öncə sistemin qaz səviyyəsi və filtrləri yoxlanmalıdır," - deyə mütəxəssis əlavə edib.
Bundan əlavə, yay aylarında yol səthinin temperaturu artdığı üçün təkərlərin hava təzyiqinə də xüsusi diqqət yetirilməlidir. Normadan artıq şişirdilmiş təkərlər partlama riski yarada bilər.