Çində kimyəvi zavodda güclü PARTLAYIŞ VİDEO


Dünya 27 May 2025 15:52:00 86 0

Çində kimyəvi zavodda güclü PARTLAYIŞ  VİDEO

Çində kimyəvi zavodda partlayış baş verib.

Çinin şərqində yerləşən Şandun əyalətinin Qaomi rayonunda kimyəvi zavodda güclü partlayış qeydə alınıb.

Son.az xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Hadisə yerli vaxtla saat 11:57-də (Bakı vaxtı ilə 07:57) "Shandong Gaomi Youdao Chemical Co., Ltd" şirkətinə məxsus istehsalat sahəsində baş verib.

Rəsmi açıqlamada bildirilib ki,baş verən partlayışın nəticələrinin aradan qaldırılması üçün 232 xilasedici və 55 texnika cəlb edilib.