Dublin hava limanında təhlükəli eniş anı – VİDEO
Dünya 28 May 2025 10:22:00 110 0
Almaniyanın Lufthansa aviaşirkətinə məxsus Airbus A320neo təyyarəsi Dublində eniş zamanı az qala qanadı ilə yerə toxunub.
Bu haberi de oku: Məşhur marmeladlarda narkotik AŞKARLANDI Uşaqlar
Son.az xəbər verir ki, görüntülər "DubJet Aviation" kanalında yayımlanıb.
Kadrlarda görünür ki, güclü külək səbəbindən təyyarə eniş zolağına yaxınlaşarkən bir qanadına doğru təhlükəli şəkildə əyilib. Nəticədə, hava gəmisi enişi yarımçıq saxlayaraq sürətlənib və yenidən havaya qalxıb.
Uğursuz eniş cəhdindən sonra ekipaj ikinci dövrəyə qalxmaq qərarına gəlib. Təxminən 15 dəqiqə sonra təyyarə uğurla yerə enib.
Kaynak: milli.az