Koronavirus bu ölkədə yenidən sürətlə yayılır Yoluxma sayı 5 qat artdı
Dünya 28 May 2025 14:40:00 115 0
Hindistanda koronavirusa yoluxma halları bir həftə ərzində 257-dən 1010-a yüksələrək 5 dəfə artıb.
Bu haberi de oku: Putin yardım qarşılığında Kim Çenə
Son.az xəbər verir ki, ən yüksək artım 335 yeni yoluxma ilə Kerala əyalətində qeydə alınıb. Artım COVID-19-un NB.1.8.1 və LF.7 adlı iki yeni alt variantının ortaya çıxması ilə bağlıdır.
Ümumdünya Səhiyyə Təşkilatı bu variantları yaxından izləyir və ilkin məlumatlara görə, yoluxuculuq yüksək olsa da, xəstəliyin şiddətində ciddi artım müşahidə olunmayıb. NB.1.8.1 variantı insan hüceyrələrinə daha güclü bağlanaraq daha sürətlə yayıla bilər.
Ekspertlər bildirir ki, yeni yoluxmalarda simptomlar əsasən yüngül keçir və panikaya ehtiyac yoxdur. Lakin hökumətlər vətəndaşları gigiyena qaydalarına əməl etməyə çağırır. Hindistan Səhiyyə Nazirliyi xəstəxanaların artan xəstə sayına hazır olduğunu açıqlayıb.