Bin Ladeni öldürdüyünü deyən əsgər əməliyyatdan bu qədər qazanıbmış... FOTO


Dünya 28 May 2025 10:32:00 118 0

Bin Ladeni öldürdüyünü deyən əsgər əməliyyatdan bu qədər qazanıbmış...  FOTO

"Əl-Qaidə" lideri Üsamə bin Ladeni Pakistanda keçirdiyi əməliyyatda öldürdüyü iddia edilən ABŞ xüsusi təyinatlılarının keçmiş üzvü Robert O'Nil bu missiya üçün nə qədər pul qazandığını açıqlayıb.

Son.az-ın xəbərinə görə, O'Nill illərdir "Əl-Qaidə" liderinin ölümünə görə məsuliyyət daşıdığını iddia edib və bu prosesdəki təcrübələrini ictimaiyyətlə açıq şəkildə bölüşüb. Hətta bu yaxınlarda "Netflix"də yayımlanan "ABŞ-ın insan ovu" sənədli filmində də rol alıb.

O'Nillin iddiasını eyni əməliyyatda iştirak edən başqa bir xüsusi əməliyyat əsgəri Matt Bissonnette də səsləndirib. Bununla belə, O'Nil ictimai rəydə daha çox ön planda yer alıb.

"Sadə adamlardıq, maaşla dolanırdıq..."

2011-ci ilin may ayında əməliyyatdan sonra çoxlu müsahibələr verən O'Nill bu vəzifədən nə qədər qazandığını ilk dəfə "Ticarət sirləri" adlı podcast proqramında açıqlayıb.

Verilişin aparıcısı Ceyson Tartik "Əməliyyata gedəndə cibinizdə nə qədər pul var idi?" sualını verib. O'Nill suala belə cavab verib:

"Mən maaşımla dolanırdım. İki həftədən bir təxminən 2500 dollar alırdım".

Özü kimi digər əsgərlərin də "adi insanlar" olduğunu vurğulayan O'Nil kapitan Riçard Fillipsin Somali quldurlarından xilas edilməsi əməliyyatında iştirak etdiyini də xatırladıb.