Ayaqlarını itirməsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər...
Dünya 28 May 2025 13:35:00 104 0
"Bu ukraynalı qızlar gözəllik yarışmasında iştirak etsəydilər, bəlkə də dünya gözəlləri seçilərdilər".
Bu haberi de oku: 14 metrlik qadın heykəli qalmaqala səbəb oldu Ölkə ayağa qalxdı FOTO
Son.az xəbər verir ki, bu fikirləri təhlükəsizlik eksperti, sabiq MTN zabiti İlham İsmayıl son günlər sosial şəbəkələrdə geniş yayılmış və dərin təsir doğurmuş bir foto vasitəsilə ukraynalı qadın əsgərlərə olan ehtiramını ifadə edərkən deyib.
"Amma bu gözəllər vətəni qorumağı hər şeydən üstün bildilər. Gözəl ayaqlarını itirdilər, şəkildə gördüyünüz kimi, biri hər ikisini, üçü də bir ayağını itirib. Onların üzündəki təbəssümə, sevincə baxın. İtirdikləri gözəl ayaqları, qazandıqları Ukraynadır!
Bu qızlar ayaqsız da gözəldir. (Yadıma "Dövlət bəyin ölüsü də gözəldir" düşdü.) Ona görə də sizləri yalnız ukraynalılar deyil, bütün vicdanlı insanlar sevir. Kişilər bəzən qadınları ayaqlarının gözəlliyinə görə sevirlər, xoşlayırlar. İnanıram ki, vətən yolunda itirdiyiniz ayaqlarınıza görə sizlərin daha çox sevəni olacaq. Və yəqin ki, artıq var. Slava Ukrainı" Qeroyam Slava!", - deyə İ.İsmayıl qeyd edib.