Arvadı Makronu niyə vurub? Yelisey Sarayından AÇIQLAMA
Dünya 26 May 2025 15:09:00 93 0
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı çəkilmiş video sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.
Bu haberi de oku: Gürcüstanın daxili işlər naziri istefa VERDİ
Son.az xarici mediaya istinadla xəbər verir ki, sözügedən görüntülərdə Bricit Makronun prezident Makrona açıq şəkildə şillə vurduğu iddia olunur.
Arvadı Makronu şillələdi - VİDEOLakin yayılan iddialara və fərziyyələrə cavab olaraq Prezident Makronun yaxın çevrəsi aydınlıq gətirib. BFMTV kanalının siyasi müxbiri Leopold Audebertin verdiyi məlumata görə, Yelisey Sarayı bu videonu cütlüyün səfər başlamazdan öncə sadəcə "zarafatlaşaraq stres atdıqları" bir an kimi izah edib:
"Bu, prezident və həyat yoldaşının səyahət başlamadan əvvəl son dəfə gərginliyi azaltdıqları bir andır. Aralarında olan yaxın münasibətin sadə və şəxsi bir nümunəsidir" .