Köçəryan rüşvət almaqda ittiham olunur 3 milyon dollar
Dünya 26 May 2025 12:10:43 104 0
Ermənistanın sabiq prezidenti Robert Köçəryan təxminən 3 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.
Bu haberi de oku: Gürcüstanın daxili işlər naziri istefa VERDİ
Son.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Komitənin yaydığı məlumata görə, cinayət işi üzrə aparılan istintaq zamanı müəyyən edilib ki, sabiq prezident 2008-ci ilin fevral-aprel aylarında rəsmi mövqeyindən istifadə edərək bir şirkətin səhmlərinin 100 faizinin Ermənistan vətəndaşı olmayan bir şəxsə satılmasına mane olmamaqla həmin şirkətin direktoruna üstünlük göstərib və bunun qarşılığında 2 milyon 985 min dollar məbləğində rüşvət alıb.
Bildirilir ki, Koçaryan 2008-ci il fevralın 20-də bu məbləğin 2 milyon 660 min dollarını nağd şəkildə, daha sonra isə 2008-ci ilin 3 və 21 aprel tarixlərində 200 min və 125 min dollarlıq bank köçürmələri ilə qalan hissəsini əldə edib. Rəsmi sənədlərdə bu ödənişlər "xeyriyyə yardımı" kimi göstərilib və vəsait prezidentin andiçmə mərasimi, Yerevanda təşkil olunan tədbir üçün şarların icarəsi və digər xərclər üçün istifadə olunub.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezidentin xüsusilə böyük miqdarda rüşvət almaqda təqsirləndirildiyini və ilkin istintaqın başa çatdığını açıqlayıb. İş üzrə ittiham aktı prokurorluğa göndərilib və məhkəməyə təqdim olunması üçün razılıq gözlənilir.
Qeyd edək ki, Robert Koçaryan 30 mart 1998-ci ildə Ermənistanda keçirilən növbədənkənar prezident seçkilərində qalib gələrək dövlət başçısı olub. 2003-cü il martın 5-də yenidən prezident seçilib və bu vəzifəni 2008-ci ilə qədər icra edib.