MMin iclasında Elgünün qətlə yetirilməsi ilə bağlı nə danışıldı?
Digərləri 24 May 2025 19:41:00 69 0
Milli Məclisin mayın 23-də keçirilən iclasında deputat Elnarə Akimova son günlər cəmiyyətdə dərin narahatlıq və gərginlik yaradan bir məsələyə, yəni Gəncədə 17 yaşlı məktəbli Elgün İbrahimovun qətlə yetirilməsi hadisəsinə toxunub.
Bu haberi de oku: Ərdoğan Əhməd əşŞaraa ilə görüşdü
Son.az xəbər verir ki, deputat bu faciənin yalnız bir cinayət hadisəsi deyil, eyni zamanda təhsil və cəmiyyətin mənəvi durumu ilə bağlı ciddi siqnallar verdiyini vurğulayıb.
Deputat belə hadisələrin qarşısının alınması üçün məktəblərdə psixoloji dəstək sisteminin gücləndirilməsinin vacibliyini qeyd edib:
"Məktəblərdə psixologiya fənninin tədrisi daha dərindən aparılmalı, peşəkar psixoloqlar təhsil müəssisələrinə cəlb olunmalıdır. Psixoloji hazırlıqlar və maarifləndirmə təlimləri məktəblilərin şüurunda müsbət dəyişikliklərə səbəb ola bilər. Qeyri-ixtisas müəllimlərinin məsələn, kimya, fizika və ya biologiya müəllimlərinin psixologiya dərsi keçməsi yolverilməzdir. Bu sahəyə yalnız ixtisaslı mütəxəssislər cəlb olunmalıdır," - deyə Elnarə Akimova bildirib.