Azərbaycanın qlobal təşəbbüsləri Türk dünyasının inkişafına xidmət edir Kamaləddin Qafarov
Digərləri 24 May 2025 17:55:00 78 0
Türk dövlətləri arasında dostluq və qardaşlıq əlaqələrinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Keçən ilin iyul ayında Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də Türk dünyasının daha da güclənməsi istiqamətində atılmış növbəti mühüm addım olmuşdur.
Bu haberi de oku: Günün qoroskopu: Peşəkar həyatda yeni istiqamətlər doğur
Son.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Macarıstanın paytaxtı Budapeşt şəhərində bu il may ayının 21-də isə Təşkilatın ikinci qeyri-rəsmi Zirvə görüşü keçirilib. "Diqqətəlayiq haldır ki, Macarıstan Türk Dövlətləri Təşkilatında yalnız müşahidəçi qismində iştirak edir. Bununla belə, rəsmi Budapeşt bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə bir daha özünün müstəqil xarici siyasət yürütdüyünü və tarixi köklərinə sadiqliyini təsdiqləmiş oldu. Türk dünyasının birləşməsi bütün türkdilli xalqların gələcəyi üçün son dərəcə önəmlidir. Buna görə də Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr bu istiqamətdə böyük səylər göstərirlər. Təbii ki, Azərbaycan üzv olduğu bütün digər beynəlxalq təşkilatlardakı kimi, Türk Dövlətləri Təşkilatında mühüm təşəbbüslərlə çıxış edir. Budapeşt Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının növbəti rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək.